AZ

Rövşən Nəcəf ona yüksək vəzifə verdi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 28 May Neft Qaz Çıxarma İdarəsinə yeni rəis təyin edib.

Axar.az-ın əldə etdiyi məlumata görə, SOCAR prezidentinin imzaladığı əmrlə bu vəzifəyə Ramin Adgözəl oğlu Quliyev təyin olunub.

Qeyd edək ki, Ramin Quliyev buna qədər Abşeronneft və Əmirov adına Neft Qaz Çıxarma idarələrində rəis, GL və Tağıyev Əməliyyat Şirkətində əməliyyatlar üzrə menecer vəzifələrində işləyib.

R.Quliyev 2019-cu ildə Neft sənayesində xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Texnika üzrə fəlsəfə doktorudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
axar.az

4Mənbələr