AZ

Azərbaycan kikboksçuları Avropa çempionatında 21 medal qazanıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 12-21-də İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası yüksək nəticə göstərib.
Oxu.Az xəbər verir ki, ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.
Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq, yarışın ən yaxşı rinq qadın hakimi seçilib.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Mammadov milli komandanın bütün üzvlərini, məşqçilər heyətini, hakimləri qazanılmış uğurlara görə təbrik edib.
Seçilən
34
16
oxu.az

10Mənbələr