AZ

Astarada yağış suları, ucqar dağ kənd yollarına zərər verib

Yağış, Astarada fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun ucqar dağ kənd yollarında sel daşqınlarına səbəb olub.

Leysan xarakterli yağış rayonunun əsasən dağ kəndləri olan Ojəkəran və Tüləgivan kəndlərində müşahidə olunub. Sözügedən kəndlərdə dağlardan gələn sel suları kənd yollarını yuyub aparıb.

Kənd sakinlərinin verdiyi xəbərə görə, hazırda kəndlərdə yağıntılı hava şəraiti davam edir. Leysan xarakterli yağış qismən səngiyib.

Qeyd edək ki, cənub bölgəsində yağıntılı hava şəraiti bu saatlarda da davam edir.

Seçilən
4
3
apa.az

6Mənbələr