AZ

İranı çalxalayan xəbər: Mənsuri ölənlərin sayını ilk dəfə açıqladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın keçmiş Prezidenti İbrahim Rəisinin müavini Möhsün Mənsuri koronavirus pandemiyası ilə bağlı rəsmi açıqlamalara ciddi şübhə yaradacaq məlumat verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. Onun sözlərinə görə, pandemiya dövründə İranda 700 minə yaxın insan həyatını itirib. Halbuki rəsmi statistika bu rəqəmi təxminən 140 min nəfər kimi göstərib.

Mənsuri bildirib ki, pandemiyanın ən ağır vaxtlarında peyvəndləmə kampaniyası yerli istehsal bəhanəsi ilə təxirə salınıb. Hökumətə bağlı şirkətlər isə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər.

O, həmçinin xatırladıb ki, İranın ali rəhbəri Əli Xamneinin ABŞ, Böyük Britaniya və Fransa istehsalı olan peyvəndlərin idxalına qoyduğu qadağa ölkə daxilində geniş etirazlara səbəb olub.

Rəsmi məhdudiyyətlər fonunda hökumət beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməmiş peyvəndləri paylayıb. Bu isə xaricə səyahət edən iranlı vətəndaşlar üçün ciddi problemlər yaradıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
globalinfo.az

1Mənbələr