AZ

"Ayntraxt Frankfurt" Can Uzunun qiymətini açıqladı

Almaniyanın “Ayntraxt Frankfurt” klubu gənc futbolçusu Can Uzunla bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi türkiyəli oyunçunun transfer qiymətini 80 milyon avro olaraq təyin edib.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

19 yaşlı hücumçu Bundesliqada göstərdiyi performansla Avropanın bir sıra nəhəng klublarının diqqətini cəlb edib. Onun oyun üslubu və sürətli inkişafı gələcəkdə daha yüksək səviyyədə çıxış edəcəyinə işarə kimi qiymətləndirilir.

"Frankfurt" rəhbərliyi isə Can Uzunun asanlıqla əldən buraxılmasını istəmir. Klubun mövqeyinə görə, yalnız ciddi maliyyə təklifi daxil olacağı halda futbolçunun satışı gündəmə gətiriləcək.

Türkiyə millisinin də formasını geyinən Can Uzun, hazırda Bundesliqanın ən istedadlı gənc hücumçularından biri hesab olunur. O, bu mövsüm komandasının heyətində çıxdığı 5 matçda 4 qol 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kamil Xudiyev

Seçilən
7
1
fanat.az

2Mənbələr