AZ

“Onun qərarı ağır oldu”

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 5-ci turunun "Qarabağ"a qarşı keçirilmiş oyunundan (0:5) sonra mətbuat konfransında sualları cavablandırıb.

- Ağır məğlubiyyət oldu. Komanda olaraq, qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır.

- Qırmızı vərəqəyə görə, Slavik Alxasovu, yoxsa daha çox baş hakimi qınayırsız?

- Qınanılacaq epizod da yoxdur. Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan...Ağır qərar oldu. Qırmızı vərəqə göstərmədən, penalti təyin edə bilərdi. Bəli, penalti var idi.

- "Omoniya" ilə iki oyun, Moldova millisindəki Norveçə qarşı matçı və bu gün keçirilmiş görüşü də nəzərə alsaq, Kristian Avram 4 oyunda 25 qol buraxıb. "Araz-Naxçıvan"ın azad agent statusu olan qapıçı axtarışına çıxmaq fikri var?

- Siz statistikaya baxırsız. Fərdi səhvləri çox edirik. Onun da nəticəsində qapımızda qollar görürük. Oyuna yaxşı başlasaq da, qırmızı vərəqədən sonra oyun ritmindən düşdük. Rəqibin usta futbolçuları məharətlə yararlandılar.

- Ramon Maçadonun durumu necədir?

- Ramon bizim üçün önəmli futbolçudur.Amma sağalmağı uzana-uzana gedir. Ümid edirik ki, tez bir zamanda qayıdar. Məşqlərə başlayıb. Amma fərdi məşqlər edir. Yəqin tam hazır olmalıdır ki, kollektivə qoşulsun. Dizin arxasında olan əzələsində problem var. Təlim-məşq toplanışında zədələnmişdi.

Seçilən
1
sportinfo.az

1Mənbələr