"İnsanın barmaq izi individual olduğu kimi immun sistemi də belədir".
Ölkə.az xəbər verir ki, bunu pediatr Həmid Həciağayev immunitet gücləndirici dərmanlarla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, müasir tibbdə belə dərmanlar yoxdur:
"Övladınız tez-tez xəstələnə bilər. Lakin bu, onun immun sisteminin zəifləməsi demək deyil. Hər bir insan xəstələndikcə immun sisten buna qarşı müəyyən hüceyrələr ifraz etməyə başlayır.
Təəssüflər olsun ki, müasir tibbdə immun sistemini gücləndirən dərmanlar yoxdur. Apteklərdə satılan, televiziyalarda reklam olunan dərmanlar sadəcə istehsalçının cibini doldurmaq üçün var".(medicina)