AZ

Yox, yox, yox - Heç kim, hətta Papa da bunu dəyişdirə bilməz"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim mətbuat konfransında komandanın məşq bazasına gələn klubun həmsahibi Cim Ratkliffin ziyarəti ilə bağlı suallara cavab verib.

Sportinfo.az xəbər verir ki, BBC jurnalistinin komandada tətbiq etdiyi 3-4-2-1 sistemini dəyişdirib-dəyişdirməyəcəyi barədə sualına portuqaliyalı çalışdırıcı yumorla reaksiya göstərib:

“Yox, yox, yox. Heç kim, hətta Papa da bunu dəyişdirə bilməz… Bu, mənim işimdir, mənim məsuliyyətimdir, mənim həyatımın bir hissəsidir. Ona görə də, dəyişdirməyəcəm”.

“Qırmızı şeytanlar” Premyer Liqanın 4 turundan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Seçilən
16
sportinfo.az

1Mənbələr