AZ

Formula 1 yarışları avtomobil dünyasına hansı yenilikləri gətirir? İltizam Yusifovdan MARAQLI ŞƏRH FOTO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əziz həmvətənlər!Bu gün Bakıda dünyanın ən məşhur yarışlarından olan Formula 1-in növbəti etapı başa çatdı. Red Bull pilotu Maks Ferstappen Baki Gran Prisinin qalibi oldu. Adlı- sanlı, güclü pilotdur. 2015-ci ildən Formula-1 yarışlarında çıxış edir və çıxış etdiyi 10 ildə bu gün Bakıda 120-ci dəfə Podiuma (ilk 3-lük) çıxdı. Təbrik edirik.Formula 1 yarışları digər avtomobil və motorlu idman növləri arasında öz səviyyəsinə görə rəqibsizdir. Populyarlıq, auditoruya baxımından da yalnız Olimpiya Oyunları və Futbol üzrə dünya və qitə yarışları ilə müqayisə oluna bilər.Olduqca çətin və bahalı idman növüdür. Bir neçə məqama toxunacam:Bir Formula-1 yarış avtomobilinin(bolid) dizayn xərcləri istisna olmaqla istehsalının orta dəyəri 4.000.000 ABŞ dollardan çoxdur.Təkcə bir Formula 1 sükanının orta qiyməti təxminən 40.000 -100.000 dollardır. Hər mövsümdə hər sürücü üçün səkkiz sükan hazırlanır. Yarış sükanının üzərində 25-ə qədər müxtəlif düymə və açar ola bilər. Onlar elə yerləşdirilib ki, hətta sürücü 300 km/saat və ya daha çox sürətlə hərəkət zamanı lazım olan düyməni tez basa bilsin.

Formula 1 avtomobilləri 360 km/saat sürətə çata bilir. Formula 1 avtomobilləri 0-dan 100 km/saata 1,7 saniyəyə, 0-dan 200 km/saata- 3,8 saniyəyə, 0-dan 300 km/saata isə 8,6 saniyəyə sürətlənir.

Yarış zamanı avtomobillərin yanacaq sərfiyyatı 100 km-ə 75 litrdir. Avtomobilin yanacaq çəninin həcmi 200 litrdir və xüsusi rezin parçadan və materialdan hazırlanır.

Formula 1 yarış avtomobilinin əyləc diskləri ultra güclü karbon lifindən hazırlanır. Əyləc sisteminin bəzi komponentləri yarış zamanı 1000 dərəcə Selsi temperaturuna çata bilər ki, bu da təxminən ərimiş lavanın temperaturu qədərdir.Sürücülər avtomobilin alışdığı halda odadavamlı kostyum geyinirlər. Pilotun odadavamlı kostyumu açıq alova 40 saniyə davam edə bilir.Formula 1 sürücülərinin yarışlar zamanı çəki itirməsi heyranedicidir. Yarış zamanı hər bir sürücü orta hesabla 3-4 kq arıqlayır. Sürücünün bədənində baş verən bu dəyişikliklərin əsas səbəbi kabinədə müəyyən vaxtlarda 50 dərəcəyə çata bilən həddindən artıq yüksək temperature və gərginlikdir.

Yarış avtomobilinin mühərrikini necə işə salınması da böyük bir prosesdir. Mühərrik ümumiyyətlə işə başlamazdan əvvəl qızdırılır, bunun üçün xarici qızdırıcı tələb olunur. Sürət qutusunun temperaturu da birinci ötürmə işə salınmazdan əvvəl mühərrikin işləmə temperaturuna uyğun olmalıdır. Formula 1 mühərrikin adi avtomobilə quraşdırıla bilməməsinin səbəblərindən biri də elə budur. Mühərrik həcmi V6 =1,6 litr, gücü 850 at gücü

Formula 1 bolidlərinin şinləri İtaliyanın Pirelli şirkətinindir. Sevindirici haldır ki, bu şinlər Pirellinin Türkiyənin İzmit(Kocaeli) şəhərindəki zavodunda istehsal olunur. Hər bir təkər lazımı temperaturu təmin edən xüsusi örtük- konteynerlə təhciz olunur və yalnız yarış avtomobilin üstünə quraşdırılarkən örtükdən çıxarılır.Formula 1 komandasının işçilərinin sayı 600 nəfərə qədər ola bilər. Formula 1 komandaları texniki heyət və sürücülərdən ibarət nisbətən kiçik qrup kimi görünə bilər, lakin reallıq budur ki, yarış komandalarında yüzlərlə işçi ola bilər. Əslində, əksər mütəxəssislər qarşıdan gələn yarışların uğurunu təmin etmək üçün pərdə arxasında işləyirlər. Məsələn, mühəndislər avtomobilin hər bir komponentinin işini yaxşılaşdırmaq üçün daim çalışmalıdırlar. Bundan əlavə, komanda PR mütəxəssisləri, menecerlər və ehtiyat sürücülərdən ibarətdir.Göründüyü kimi Formula 1 yüksək sürət üçün ən qabaqcıl texnologiyalarla hazırlanmış yarış avtomobilləridir. Onun texniki üstünlüklərini saymaqla qurtarmaz. Burada idman baxımında əsas məqsədlər yarış, ekstrim və s. olsa da ümumilikdə isə yekun məqsəq ən maksimal şəraitdə texnoloji yeniliklərin sınağı və sonradan bu texnoloji yeniliklərin avtomobil sənayesində tərbiqidir.

Bu gün Formula 1 avtomobillərində istifadə edilən bir çox yeniliklər artıq çoxdan gündəlik həyatımızın bir hissəsinə və istifadə etdiyimiz nəqliyyat vasitələrinin mühüm hissəsinə çevrilib. Bu yeniliklər avtomobillərin performansını və təhlükəsizliyini yaxşılaşdırmaqla yanaşı, bütün avtomobil sənayesinin inkişafına töhfə verir. 

Bunlardan bir neçəsini misal gətirəcəm:

Son illərin ən diqqət çəkən Formula 1 texnologiyalarından biri enerjinin bərpası sistemidir. O, əyləc zamanı kinetik enerjini elektrik enerjisinə çevirməklə işləyir, sürətlənmə zamanı saxlanılır və istifadə olunur, avtomobilin səmərəliliyini və dinamikasını artırır. Bu sistem ilk dəfə 2009-cu ildə yarışlarda istifadə edilib və indi bütün elektrik avtomobilləri üçün standart halına gəlib.

Turbo püskürtmə: Daha az yerdəyişmədən daha çox güc hasil etmək.

Turbo puskürtmə Formula 1 dünyasından bizə gələn əsas texnologiyalardandır. Son bir neçə il ərzində Formula 1 mühərrikləri güclü V10-lardan hibrid 1.6T V6-lara çevrilib və turbo püskürtmə daim təkmilləşdirilib. Bu texnologiya təkcə mühərrik gücünü artırmır, həm də yol avtomobili sənayesində kiçik həcmli turbomühərriklərin inkişafını asanlaşdırır.

Aerodinamik Dizayn: Sabitlik və Səmərəlilik. Aerodinamika Formula 1 avtomobillərinin ruhudur. Optimallaşdırılmış kuzov konturları, spoylerlərin və diffuzorların quraşdırılması — bütün bunlar avtomobillərə yüksək sürətlərdə dayanıqlığı artırmağa imkan verir. Bu inkişaflar seriyalı avtomobillərdə də tətbiqini tapdı.

Yüngül Materiallar: Sürət və Təhlükəsizlik balansı. Maksimum performansa nail olmaq üçün Formula 1 avtomobilləri karbon lifi və alüminium ərintiləri kimi yüngül materiallardan geniş istifadə edir. Bu materiallar avtomobilin çəkisini azaltmağa kömək edir, dinamikanı artırır və təhlükəsizliyi artırır. Yüngül materiallar artıq avtomobillərdə də istifadə olunur. 

Sürücüyə İntellektual Yardım Sistemləri: Təhlükəsizliyi Yeni Səviyyəyə çıxarır. Sürücünün təhlükəsizliyini təmin etmək üçün Formula 1-də istifadə edilən dartma nəzarəti və sabitliyə nəzarət kimi sürücüyə yardım sistemləri yol avtomobillərində öz yerini tapıb. Belə ki, bu gün avtomatik təcili əyləc (AEB), zolaqda saxlama yardımı (LKA) və adaptiv kruiz kontrol (ACC) kimi sistemlər standart hala gəlib.

Hidravlik asqılar: rahatlıq və idarəetməyə xidmət edir. Asqı Formula 1 avtomobillərinin idarə olunmasında əsas rol oynayır. Son illərdə hidravlik asma getdikcə populyarlaşır, maksimum sabitliyi və nəzarəti təmin etmək üçün real vaxt rejimində tras şəraitinə uyğunlaşdırılır. Bu, həm idman avtomobillərində, həm də yolsuzluq avtomobillərində sürməyi daha təhlükəsiz və inamlı edir.

Demək Formula 1 -də tətbiq edilən texnologiyalar gələcəyə, insanların rahatlığına hesablanıb.

Formula 1 texnologiyaları bizim istifadə etdiyimiz nəqliyyat vasitələrinin inkişafında əsas rol oynayır. Enerjinin bərpasından tutmuş turbo doldurmaya, aerodinamikadan yüngül materiallara qədər bütün bu texnologiyalar bizim gündəlik sürməyimizi tədricən dəyişir, onu daha təhlükəsiz, yaşıl və səmərəli edir.

Gələcəkdə də biz yarış dünyasından avtomobillərimizi daha ağıllı, daha güclü və ekoloji cəhətdən təmiz edəcək daha çox yenilik gözləyə bilərik.

Bakıya isə Formula-1 xüsusi gözəllik verir.

İltizam Yusifov

sabiq millət vəkili

Vl çağırış Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
avtosfer.az

1Mənbələr