AZ

Tramp: Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik

ABŞ Rusiya ilə gərginliyin artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək..

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib.

"Bəli, mən bunu edəcəyəm", - o, Rusiya ilə gərginliyin artacağı təqdirdə ABŞ-nin Baltikyanı ölkələr və Polşaya kömək edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib.

2025-ci il sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərbinə genişmiqyaslı hücumu zamanı bu ölkənin onlarla pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub. Hərbçilər təhdid edən pilotsuz təyyarələrin vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər.

Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının 19 pozuntusu faktı qeydə alınıb. Hadisədən sonra NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqavilənin 4-cü maddəsini işə salıb.

Daha sonra, sentyabrın 19-da Rusiyanın üç təyyarəsi Estoniya sərhədini pozaraq ölkənin hava məkanında 12 dəqiqə qalıb. Uçuşun Baltik dənizindəki Polşanın "Petrobaltic" neft platforması üzərindən uçduğu bildirilir.

Poliqon.info

Seçilən
16
4
poliqon.info

5Mənbələr