AZ

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan əsilli gürcüstanlı fəal Samirə Bayramova Marneulidə baş verən son insidentlə bağlı yeni detallar açıqlayıb. Onun sözlərinə görə, meriya əməkdaşı Tornike Mtvarelidze azyaşlı yerli azərbaycanlı oğlanı şirniyyat mağazasından qovaraq ona belə deyib: “Öz ölkənə qayıt.”

Bizim.Media xəbər verir ki, Bayramova Mtvarelidzenin də məsuliyyətə cəlb olunmasını tələb edir.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi Marneuli sakrebulo sədrinin müavininin 27 yaşlı oğlu Mamuka Giganinin saxlanıldığını açıqlamışdı. O, gürcü dilini bilmədiyinə görə azərbaycanlı yeniyetməni döymüşdü.



Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr