AZ

Putin Paşinyanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının müstəqilliyinin 34-cü ildönümü münasibətilə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, Vladimir Putin məktubda bildirib ki, Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələri üzərində qurulub.

"Əminəm ki, bu münasibətlərin gələcək inkişafı xalqlarımızın mənafelərinə tam cavab verir". - Putin qeyd edib.

Sentyabrın 21-də Ermənistan Respublikasının Müstəqillik Gününü qeyd edir. Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ali Sovetin sessiyasında qəbul edilib.

1991-ci il sentyabrın 21-də Ermənistanda SSRİ-nin tərkibindən çıxmaq üçün referendum keçirilib. Seçki hüququ olan 2 milyon 56 min 758 nəfərin 94,39 faizi müstəqilliyin lehinə səs verib. Sentyabrın 23-də Ermənistan Ali Şurası referendumun nəticələrinə yekun vurduqdan sonra Ermənistan Respublikasını müstəqil dövlət elan edib.

Seçilən
13
1
modern.az

2Mənbələr