“Fənərbaxça” klubunda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi yekunlaşıb.
News24.az xəbər verir ki, səsvermə saat 11:00-da başlayıb və 18:00-da başa çatıb.
Müşahidə şurasının sədri Şekip Mosturoğlu, seçkilərdə ümumilikdə 24 min 800 nəfərin səs verdiyini açıqlayıb.
Səsvermə nəticəsində Sadettin Saran İstanbul klubunun yeni prezidenti olub.