İsrail bütün siyasi meydanlarda, o cümlədən BMT-də Fələstin dövlətinin tanınmasına qarşı mübarizə aparacaq.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin həftəlik Nazirlər Kabinetinin iclasında deyib.
"Biz (İsrail - red.) həm BMT-də, həm də bütün digər forumlarda bizə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və mövcudluğumuza təhlükə yaradan, terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - Baş Nazirin Dəftərxanası onun sözlərini sitat gətirib.
Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək və Prezident Donald Trampla görüşmək üçün gələn həftənin ortalarında ABŞ-yə gedəcəyini də təsdiqləyib.
"Mən BMT Baş Assambleyasında iştirak edəcəyəm və bundan sonra dostumuz, Prezident Trampla görüşəcəyəm. BMT-də mən həqiqəti təqdim edəcəyəm, bu, İsrailin həqiqətidir, lakin bu, həm də şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən həm də həqiqi sülh, gücdən gələn sülh baxışımızı təqdim edəcəyəm", - o deyib.
Dahav əvvəl Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini rəsmən tanıyıb.(Report)