ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaşayış yeri təxminən bir metr dərinlikd su anbarının dibində yerləşir.
...Alimlər ilk dəfə olaraq Belarusda 12-13-cü əsrlərə aid sualtı yaşayış məskəni aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “De Facto Belarusiya elmi" kanalı xəbər verir.
Unikal kəşfi dalğıc mərkəzinin dəstəyi ilə Tarix İnstitutunun alimləri ediblər.
İvan Spirinin başçılıq etdiyi tarixçilər təxminən bir metr dərinlikdə su anbarının dibində yerləşən, diametri təxminən 50 metr olan dairəvi yaşayış məntəqəsini aşkar etdilər. Kəşfiyyat ekspedisiyası zamanı yaşayış məntəqəsinin planı tərtib edilmiş və materiallar - zinət əşyaları, silahlar, alətlər, məişət əşyaları toplanmışdır.
Maraqlıdır ki, ilkin tapıntılar bu yaşayış məntəqəsinin 13-cü əsrdə hərbi qarşıdurma zamanı dağıdılmasını göstərir.
Alimlər onun yerini açıqlamayıblar.
Ərazi hələ də tədqiq edilməmiş qalır.
Nazlı Almuradova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.