AZ

Bakı metropoliteni türk hökmdarla bağlı yalanı tirajlayır? - FOTO

Ötən il Bakıda COP-29 tədbirlərində iştirak edən malili dövlət adamı mənimlə söhbətdə bildirdi ki, vətəni müstəmləkəçilikdən azad olananadək məktəblərdə onlara Fransa tarixi tədris olunurdu. Dərsliklərdə onların əcdadlarının guya qalliyalılar olduğu deyilirdi.
Əslində bu vəziyyət bizə də yad deyil. Sovet dövrü Azərbaycan məktəblərində SSRİ tarixi adı altında Rusiya tarixi tədris olunurdu. Doğrudur, tədris müddətində digər hökmdarlar da yaddan çıxmırdı. Şah Abbas, Əmir Teymur, Nadir şah, Sultan Mehmed kimi türk hökmdarlar barədə səthi də olsa məlumatlar kitablarda yer alsa da, onlar bir qayda olaraq mənfi obrazda təqdim edilirdilər. Başqa sözlə desək, Əmir Teymur, yaxud Şah İsmayıl alkoqol xəstəsi rus çarlarından üstün ola bilməzdi. Amma artıq bu dövr geridə qalıb.
Bakı Metropolitenindən gündəlik istifadə edən şəxs kimi bu günlərdə diqqətimi Memar Əcəmi stansiyasındakı keçiddə asılmış rəsm əsəri cəlb etdi. Söhbət rus rəssamı Vasiliy Vereşşaginin 1871-ci ildə çəkdiyi “Müharibənin apofeozu” əsərindən gedir. Tablonun yanındakı izahatda göstərilir ki, guya Bağdad və Dəməşq qadınları ərlərinin pozğunluğundan Teymura şikayət edirlər. O da 200 min döyüşçüsünün hərəsinin 1 baş kəsib gətirməsini əmr edir. Kəsilən başlardan 7 piramida ucaldılır. 
Bu əfsanə sovet vaxtında 6-cı sinfin “SSRİ tarixi” dərsliyində həqiqət kimi təqdim edilirdi. Əslində isə bu elə sovet tarixçilərinin uydurduğu əfsanədir. 200 min başdan tikilmiş 7 piramidanın nə üçün heç biri indiyədək gəlib çatmayıb? Axı dünyanın hər yerində bir neçə min il əvvəl yaşamış insan skeletləri trapıldığı halda 200 min kəllədən biri də qalmayıb? Nəzərə alaq ki, kəllə ən möhkəm orqan olmaqla yanaşı, qanitirmədən ölüm zamanı təbii amillərin təsirinə çox gec məruz qalır.
Belə bir maraqlı sual da ortaya çıxır: Dünya əhalisinin sayı 1 milyard nəfərə yalnız 19-cu əsrdə çatdığı vaxtda əmirin orduları kəsmək üçün 200 başı hardan tapıblar? Nəzərə alaq ki, bu qədər kişi başı kəsmək üçün bir ölkədə azı 600 min nəfər yaşamalı idi. Orta əsr şəhərlərində isə əhali sayı 10 minə çatan şəhər barmaqla sayıla bilərdi. 
Maraqlıdır ki, bu iddia həm də metropolitenin saytında yer alır. Tuneldəki tablonun yanındakı QR kodla sərnişin aşağıdakı keçidə yönləndirilir: 
https://metro.gov.az/az/%2522D%25C3%25BCnya%2520r%25C9%2599ssamlar%25C4%25B1%2522%2520s%25C9%2599rgisi/2869/vasiliy-veresagin%C2%A0

Biz metropolitenin keçid və stansiyalarının bəzədilməsinin əleyhinə deyilik. Lakin belə bir əsassız məlumatın tirajlanmasının səbəbi başadüşülən deyil. Olmazmı ki bu tablo məşhur Azərbaycan və ya Avropa rəssamlarından birinin tablosu ilə əvəzlənsin?

SÖZARDI: Metropolitendən gündəlik istifadə edən vətəndaş olaraq burada görülən işləri təqdir edirəm. Tam səmimiyyətlə inanıram ki, yeraltı nəqliyyat olmasa bu qədər sərnişini Yerin üstünə sığdırmaq mümkün olmaz. Lakin “belə bir yanlış təqdimata nə gərək var?” sualı da beynimdə dolaşır.

Vüqar

FOTO QALEREYA
Seçilən
15
1
avtosfer.az

2Mənbələr