Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində maraqlı anlar yaşanıb.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, yarışmada azərbaycanlı münsiflər heyəti Ermənistan təmsilçisi Saro Gevorqyana 10 xal verib.
Erməni münsiflər isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Zadəyə maksimum – 10 xal təqdim ediblər.
Bu qarşılıqlı addım ilk baxışdan ya xoş niyyət jesti, ya da sadəcə nadir təsadüf kimi qiymətləndirilib.
Qeyd edək ki, beynəlxalq musiqi yarışmasında Azərbaycan və Ermənistan nümayəndələrinin bir-birinə ilk dəfə ən yüksək bal verdiyi bildirilir.