AZ

Rumıniya, Bolqarıstan, Yunanıstan və Xorvatiya mediası Formula 1 üzrə Bakı Qran-Prisindən yazıb  

Yunanıstan, Bolqarıstan, Rumıniya və Xorvatiyanın idman mətbuatı Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini diqqət mərkəzində saxlayıb. Mətbuat orqanları Maks Verstappenin qələbəsini xüsusi vurğulayıb.

Yunanıstan mediasının xəbərinə görə, Verstappenin ardıcıl ikinci uğuru çempionatda mübarizəni daha da gərginləşdirib. Yazılarda “Red Bull”un güclü strategiyası, “McLaren”in ciddi xal itkisi və podiuma qayıdan sürücülər xüsusi qeyd olunur

Bolqarıstan agentlikləri yarışın statistikasını oxuculara çatdırıb.

Rumıniya mediası yarışı “lider üçün kabus həftəsonu” kimi qiymətləndirib. Yazılarda Piastrinin erkən səhvi və bunun “McLaren” üçün ağır nəticələri önə çıxarılır.

Xorvatiya idman mətbuatı isə qəza anını və Verstappenin fürsətdən maksimum yararlanaraq inamla finişə çatmasını təsvir edib.

Həmçinin Bakı şəhər halqasındakı yarış həm tamaşaçı baxımından maraqlı, həm də çempionat üçün həlledici məqam kimi xarakterizə olunub. Verstappenin üstünlüyü, “Mercedes”in sabit tempi, “Williams” üçün tarixi podium və “McLaren”in itirdiyi xal bazası mövsümün qalan hissəsində gərginliyi daha da artıracaq əsas amillər kimi dəyərləndirilir.

Beləliklə, Azərbaycan Qran-Prisi təkcə dünya motorsportu üçün deyil, həm də beynəlxalq media gündəmi üçün ən mühüm hadisələrdən biri olub.

Seçilən
17
4
azerbaijan-news.az

6Mənbələr