AZ

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Almaniyanın Türingiya əyalətinin Niederdorla qəsəbəsində sürücü avtomobili xalq şənliyində iştirak edən insanların üzərinə sürüb.

Bizim.Media “Spiegel” qəzetinə istinadla xəbər verir ki, nəticədə beş nəfər xəsarət alıb.

Hadisəni törədən 41 yaşlı sürücü ərazidən uzaqlaşmağa cəhd göstərsə də polisin keçirdiyi axtarış tədbirləri nəticəsində saxlanılıb.

İnsidentin siyasi motivlərlə bağlı əlaqəsinə dair hər hansı sübut aşkarlanmayıb. Həmin şəxs hadisədən bir qədər əvvəl avtomobili təhlükəli sürdüyü üçün diqqəti cəlb edib. Polisin saxlamaqla bağlı əmrinə tabe olmayan sürücü bir neçə dəqiqə sonra avtomobili insanların üzərinə sürüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
21
5
bizim.media

6Mənbələr