Qəzza şəhərindən 550 mindən çox sakin təxliyə edilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.
"Bu günə olan məlumata görə, 550 mindən çox mülki şəxs Qəzza şəhərini tərk edərək cənuba köçüb. Həmçinin, 162, 98 və 36-cı diviziyalar Qəzza şəhərinə daxil olmalarını başa çatdırıb və HƏMAS-ın şəhərdəki dayaq məntəqələrində yerləşiblər", - bəyanatda deyilir.