AZ

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz “Telegram” kanalında məlumat verib.

O, hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir.

"Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir", - o yazıb.

Aksyonov həmçinin “Foros” sanatoriyasının ərazisində bir neçə bina və qəsəbədə yerləşən məktəb binasına ziyan dəydiyini bildirib.

Bizim.Media

Seçilən
16
2
bizim.media

7Mənbələr