Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan Türk Evində ikitərəfli görüşlər keçirəcək.
Nyu-York proqramından sonra isə o, Vaşinqtona gedəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.