AZ

Astarada ağır qəza nəticəsində yeniyetmə öldü

Astarada yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin – Astara rayonunun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev Lənkəran rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
3
axar.az

10Mənbələr