1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Tətik mexanizminin işə düşməsi İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılaşmalarının faktiki ləğvi deməkdir və bundan sonra agentlik ilə əməkdaşlığımız sıfıra bərabər olacaq".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani bildirib.
O, vurğulayıb ki, İran mümkün qədər tez nüvə silahı əldə etməlidir.
Deputatın sözlərinə görə, bəzi millət vəkilləri yaxın günlərdə Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxmaqla bağlı plan təklif edə bilərlər və bu təklif parlamentdə səs çoxluğu ilə qəbul oluna bilər.