Suriyada növbəti parlament seçkilərinin tarixi müəyyənləşib.
Publika.az xəbər verir ki, bu barədə "SANA" agentliyi xəbər verib.
Məlumata əsasən, seçkilər oktyabrın 5-də keçiriləcək.
"Xalq Məclisinin üzvləri üçün səsvermə 2025-ci il oktyabrın 5-də bütün seçki dairələrində keçiriləcək", - deyə Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitə açıqlayıb.