Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:05-də, 4,9 maqnitudalı qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 10-da Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Təbiət hadisəsi dağıntılara səbəb olub. Belə ki, 10 bina zərər çəkib. Bundan sonra da Sındırğı rayonunda daha bir neçə zəlzələ və avterşok qeydə alınıb.