AZ

Bakıdan qalib gələn niderlandlı: "Bu, bizim üçün inanılmaz oldu"

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Maks Ferstappen yarışla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, niderlandlı sürücü mübarizə aparmağın asan olmadığını bildirib.

O, son mərhələlərin komandası üçün möhtəşəm alındığını vurğulayıb:

"Bu, 2023-cü ildəki yarışa bənzəyirdi. Amma bu həftəsonu bizim üçün inanılmaz oldu. Qalib gəlmək sadəcə möhtəşəmdir. Bolidim bu gün çox yaxşı idi".

Ferstappen 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.

Seçilən
24
sportinfo.az

1Mənbələr