1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şimali Koreyada hakim Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreyada partiyanın yaradılması oktyabrın 10-da qeyd edilir. Bu münasibətlə hər 5 və ya 10 ildən bir genişmiqyaslı hərbi parad keçirilir.
Ekspertlər paradda Şimali Koreyanın yeni silah sistemlərini nümayiş etdirəcəyini gözləyirlər. Ən çox gözlənilən silah isə yeni nəsil "Hwasong-19" qitələrarası ballistik raketinin "son versiyası"dır.
Şayiələrə görə, Şimali Koreya lideri Kim Çen In parada Çin prezidenti Si Cinpini və Rusiya prezidenti Vladimir Putini də dəvət edib.