AZ

Britaniyanın BMT-də mövqelərinin zəifləməsi kimə sərf edir?

Böyük Britaniya hökumətinin həyata keçirdiyi xarici siyasət ölkənin BMT-dəki təsirini zəiflədir. AzPost xəbər verir ki, Daily Express nəşri bu addımı “Rusiya və Çinə edilən hədiyyə” kimi qiymətləndirib.

Nəşrin məlumatına görə, Britaniya parlamentinin xarici işlər üzrə çoxtərəfli komitəsi hökuməti xəbərdar edib ki, BMT platformasında mövqelərin zəifləməsi ölkənin strateji maraqlarına zərər vuracaq.

Xüsusilə, baş nazir Kir Starmerin rəhbərlik etdiyi kabinetin Xarici İşlər Nazirliyinin büdcəsini azaltmaq qərarı tənqidlərə səbəb olub. Deputatlar hesab edirlər ki, bu addım əslində Pekin və Moskvanın mövqelərini gücləndirir.

Komitə üzvləri vurğulayıblar ki, BMT-də keçirilən müzakirələr Britaniyaya öz maraqlarını qorumaq və təşviq etmək üçün mühüm imkandır. Bu imkandan imtina etmək ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər.

Xatırladaq ki, daha əvvəl BMT baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının tərkibinin müasir dünyaya uyğunlaşdırılmasının vacibliyini bildirmişdi. Onun sözlərinə görə, qurumun indiki strukturu hələ də 1945-ci ilin reallıqlarını əks etdirir.

AzPost.az

Seçilən
6
1
azpost.info

2Mənbələr