AZ

Rusiya: NATO nun Baltik dənizindəki fəaliyyəti münaqişə riskini artırır

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Belçikadakı səfiri Denis Qonçar Baltik dənizində NATO-nun hərbi fəallığını son dərəcə təhlükəli adlandırıb.

Doğru.az xəbər verir ki, diplomat alyansın Baltik dənizini özünün “daxili su hövzəsi” kimi göstərmək cəhdlərini, həmçinin “Baltops 2025” kimi irimiqyaslı təlimlərin artmasını regionu potensial hərbi münaqişə zonasına çevirmək kimi qiymətləndirib.

O, həmçinin NATO-nun “Rusiya kölgə donanmasının” hərəkətlərini izləmək üçün patrul gəmiləri, təyyarələr və PUA-lardan istifadə etdiyi yeni “Baltik Sentinel” əməliyyatını da beynəlxalq hüquqa zidd və təhlükəli addım kimi dəyərləndirib.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi, Dəniz Kollegiyasının sədri Nikolay Patruşev də daha əvvəl NATO-nun dənizdə getdikcə daha çox təhdid yaratmağa çalışdığını vurğulamışdı. Bundan başqa, Rusiyanın Hollandiyadakı səfiri Vladimir Tarabrin də NATO-nun Şimal dənizindəki fəaliyyətinin Avropanın təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildirmişdi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
dogru.az

2Mənbələr