AZ

“Fələstin dövləti olmayacaq” – Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu 21 sentyabr 2025-ci il tarixində Fələstin dövlətinin yaradılması ehtimalını rədd edib. Vətəninfo.az xəbər verir ki, o, BMT Baş Assambleyasının sessiyası başa çatdıqdan sonra bir sıra ölkələrin Fələstini birtərəfli şəkildə tanımasına cavab verəcəyini bildirib. Netanyahu videomüraciətində qeyd edib: “Fələstin dövləti olmayacaq. Mən ABŞ-dan qayıtdıqdan sonra ölkəmizin ürəyində bizə terror dövləti yeritmək üçün edilən bu son cəhdə cavab verəcəyəm. Oktyabrın 7-dəki dəhşətli qırğından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz”.

Bu günə qədər Kanada, Böyük Britaniya və Avstraliya da daxil olmaqla, Fələstini tanıyıb. Müstəqilliyini artıq 150 ölkə, o cümlədən Ermənistan və Rusiya da tanıyıb.

Seçilən
3
veteninfo.az

1Mənbələr