AZ

"Qəbələ" cəzalandırdığı baş məşqçini geri qaytardı

"Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Rakif Əliyev bölgə təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 

Qeyd edək ki, o, əvvəllər də “qırmızı-qaralar”ın uğurları üçün çalışıb. Əliyev bir müddət Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb və məşqçi-analitik kimi fəaliyyət göstərib. 

Daha əvvəl isə "Qəbələ"nin akademiyasında çalışan mütəxəssis U-15 komandasının üzvü Kamal Kazımovu (qapıçı Rəvan Kazımovun qardaşı) döyərək qalmaqala səbəb olmuş və məhz buna görə akademiyadan kənarlaşdırılmışdı. 

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr