“Meqa Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, Tapdıq Həsənov Seyran oğlu bu vəzifəyə təyin edilib.
O həmçinin sığorta şirkətinin Audit Komitəsinə üzv kimi seçilib.
Qeyd edək ki, Tapdıq Həsənov uzun illər “Azersun Holding” MMC-nin törəmə şirkətlərində çalışıb. Sonuncu dəfə “AL Market” MMC-nin Maliyyə direktoru idi.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).