AZ

Prezident İlham Əliyev: 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb

BAKI, TurkicWorld

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir.

"Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir", - deyə dövlət başçısı vurğulayıb.

Seçilən
0
2
turkic.world

3Mənbələr