AZ

Krımda hücumda 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Vətəninfo.az xəbər verir ki, Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu Krımın cənub sahilindəki Foros kurortunda bir neçə obyektə ziyan vurub. Kənd məktəbinin binasına da ziyan dəyib.

Krımın rəhbəri Sergey Aksyonovun sözlərinə görə, təxminən 15 nəfər yaralanıb, iki nəfər ölüb. O, bildirib ki, hadisə yerində təcili yardım xidmətləri işləyir, köməklik göstərilir. Üstəlik, vurulan pilotsuz təyyarənin fraqmentləri Yalta yaxınlığında otda yanğına səbəb olub. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Krımda üç pilotsuz təyyarənin vurulduğunu açıqlamışdı.

“Krımskiy veter” Teleqram kanalı mənbəyə istinadən xəbər verir ki, Foros sanatoriyasında çoxlu önəmli qonaqlar olub.

Seçilən
2
veteninfo.az

1Mənbələr