AZ

Matevosyan: "Azərbaycanlılar İrəvana bu yolla girəcəklər"

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasını sıfırdan dəyişdirəcək.

"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə yenidən seçilərsə, nəinki Konstitusiyanı dəyişəcək, həm də Ermənistanın 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsini ləğv edərək, dördüncü respublikanı elan edəcək.

Həmçinin yenidən seçilərsə, Paşinyan Ermənistanın təhlükəsizlik sistemini də kökündən dəyişəcək. Onun məqsədləri budur: Ermənistan KTMT-dən çıxsın, Rusiya bazası və sərhədçiləri çıxarılsın, Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə birtərəfli qaydada xitam verilsin. Buna nail olmaq üçün Paşinyana yeni beşillik lazımdır - 2026-cı ildən 2031-ci ilə qədər. Bütün bunlardan sonra türklər və azərbaycanlılar (tanklarla yox) taksi ilə gələ biləcəklər”, - o iddia edib.

"Cebheinfo.az" 

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr