AZ

İtaliyada nəqliyyatçılar Fələstin xalqı üçün humanitar missiyaya dəstək məqsədilə tətil edirlər

Roma, 22 sentyabr, AZƏRTAC

İtaliyada nəqliyyat sektorunda birgünlük milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu gün Fələstin xalqı üçün humanitar missiyaya dəstək məqsədilə sentyabrın 22-də bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə dövlət və özəl sektorlarda yerli ictimai nəqliyyatda, dəmir yollarında, bərə nəqliyyatında çalışan işçilər tətil ediblər. Səhiyyə sektorunda və mülki müdafiə sahəsində çalışanlar, orta məktəb, universitet və magistral yollarda fəaliyyət göstərən işçilər də müxtəlif yollarla tətilə qoşulacaqlar.

Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası, yüksəksürətli və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
16
8
azertag.az

9Mənbələr