Azərbaycan bol külək enerjisi ilə təchiz olunub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı Səudiyyə Ərəbistanının “Aramco Ventures" şirkətinin baş icraçı direktoru Mahdi Al-Adel deyib.
O qeyd edib ki, Azərbaycanda bərpa olunan enerjini əldə etmək üçün böyük imkanlar var:
“Eşitdiyimə görə, bu sahədə layihələr də mövcuddur. Amma günəş və külək olmadığı vaxt bu kifayət etmir, buna görə də şəbəkə miqyasında enerji saxlama çox böyük bir imkan kimi görünür. Karbon izini azaltmağa imkan verən texnologiyalar da bizim sərmayə yatırdığımız sahələrdəndir və məncə, bu yatıımlar Azərbaycan üçün də tətbiq oluna bilər”