Rusiyanın milli pərakəndə satış şəbəkələrində pomidorun qiyməti qalxır.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, sentyabrın əvvəlindən etibarən pomidorun qiyməti 12,5 faiz artıb.
Pomidorun orta qiyməti avqustun 31-də kiloqramı 151,9 rubl olduğu halda, sentyabrın 14-də 170,9 rubla yüksəlib.
Qeyd edək ki, Rusiya münasibətlərin kəskinləşməsi fonunda Azərbaycandan pomidor idxalını azaltmışdı.
Seymur Əli