AZ

Sülh müqaviləsinin paraflanması Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır - Baş prokuror

Azərbaycan daim sülhün tərəfdarı olub, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib.

Day.Az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada prokurorluğun statusu" beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Lakin BMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır", - K.Əliyev deyib.

O qeyd edib ki, bu il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir:

"Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır".

Seçilən
13
11
day.az

10Mənbələr