AZ

Rusiya NATO-ya yeni hücuma HAZIRLAŞIR – Hədəfdə bu iki ölkə VAR – ADLAR

Rusiya qonşuluğunda yerləşən NATO ölkələrinə qarşı təxribatlarını günü-gündən genişləndirir. Polşa və Rumıniyaya edilən dron hücumlarının ardınca sentyabrın 19-da Rusiyanın 3 qırıcı təyyarəsi Estoniya hava məkanını pozaraq 12 dəqiqə ərzində havada dövr edib.

Polşa və Rumıniyada olduğu kimi, Estoniya məsələsində də NATO hər hansı bir cavab addımı atmayaraq, sadəcə prosesi sakitcə izləməklə kifayətlənib.

Baş vermiş bu olaylar və NATO-nun susqunluğu belə deməyə əsas verir ki, Moskva bu cür addımlarını digər alyans ölkələrinə münasibətdə də davam etdirəcək. Hətta bu fonda ruslar daha kəskin addımlar da ata bilərlər.

NATO-nun susqunluğu davam edərsə, daha hansı ölkələr Rusiyanın hədəfi olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə əslində belə mənasız hərəkətlərə reaksiya verməyin tərəfdarı olmadığını dedi:

“Mənasız hərəkətlərə reaksiya vermək yersizdir. Estoniyanın ərazisində 12 dəqiqə olmaqla nə bu ölkəyə, nə də NATO-ya heç nə olmadı. Vaxtilə Türkiyə ərazisini pozan Rusiya hərbi təyyarəsi vurulanda bir müddət Ankara ilə Moskva arasında siyasi böhran yaşandı. Sonra barışdılar və heç nə dəyişmədi”.

Politoloq bildirir ki, hava məkanının pozulması təcavüz deyil:

“Ona görə də bu hadisə ilə bağlı şivən qoparmaq yersizdir. Estoniya NATO üzvüdür. Bu kimi hərəkətlər ucuz siyasi oyunlardır. Estoniyanın ərazisində də fövqəladə sirli obyektlər yoxdur. Rusiya sadəcə onlara sataşır”.

Rusiyanın növbəti hədəfi digər iki Baltikyanı ölkə ola bilər.

Bu fonda da Putin analoji hərəkətləri hələ ki, davam etdirəcək. Belədə isə onun növbəti hədəfləri Baltikyanı digər ölkələr, Latviya və Litva ola bilər. Amma dediyim kimi belə mənasız hərəkətlərə reaksiya vermək lazım deyil”.

Seçilən
11
3
turkustan.az

4Mənbələr