Ancelina Coli söz azadlığını müdafiə edib və ABŞ-ı “artıq tanımadığını” bildirib. Hafta.az Daily Mail-ə istinadən bildirir ki, bu barədə 50 yaşlı aktrisa San-Sebastyan kinofestivalında yeni filmi "Kutur"un reklamı zamanı keçirdiyi mətbuat konfransında bildirib.
"İnsanları hər hansı bir yerə ayıran və ya şəxsi ifadə və azadlığı məhdudlaşdıran hər şey son dərəcə təhlükəlidir" deyib Coli. O, Amerikanın "çox çətin günlər" keçirdiyini bildirib.
"Artıq ölkəmi tanımıram. Ömrüm boyu beynəlmiləl həyat yaşamışam; ailəm beynəlmiləldir. Mənim dünyam, dünyagörüşüm bərabər və vahiddir", - aktrisa vurğulayıb.
Bununla belə, o əlavə edib ki, belə şəraitdə söz atmamaq və ifadələrində daha diqqətli olmaq lazımdır.
Aktrisanın bu açıqlaması internetdə dəstəkdən tutmuş tənqidlərə qədər qızğın reaksiyaya səbəb olub. Bəzi istifadəçilər onun qiymətləndirməsi ilə razılaşıb, bəziləri isə biganəlik nümayiş etdirib.
Xatırladaq ki, Ancelina Coli iyirmi ildən artıqdır ki, beynəlxalq humanitar gündəmdə fəal iştirak edir, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərir və dəfələrlə siyasi və sosial məsələləri qaldırır.