Qarabağ və Şərqi Zəngəzurun kənd təsərüffatı sahəsinin çox geniş potensiyalı var.
"APA-Econimics" xəbər verir ki, bunu I Beynəlxalq İnvestisiya Forumunda kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, regionda bir çox sahələrə, xüsusilə müasir suvarma sistemlərinə ciddi yatırımlar olunur. Eyni zamanda müxtəlif qida emalı layihələrinin reallaşdırılması nəzərdə tutulur.