AZ

24 bıçaq zərbəsi ilə gəlinini öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakuinfo.net Pravda.az-a istinadla xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu il mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə öldürülüb. İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Ş.Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Məlumata görə, Ş.Hüseynov H.Hüseynovanı 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Seçilən
7
12
bakuinfo.net

10Mənbələr