AZ

"Avropa Rusiyaya qarşı hazırlığını gücləndirir"- Əli Mustafa

"Avropa Rusiyaya qarşı hazırlığını gücləndirir, Türkiyə faktoru hələ aktuallığını qoruyur".

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Polşa ilə bağlı ciddi hazırlıqlar gedir. Avropa İttifaqı Polşaya 50 milyardlıq dəstək ayırıb, onun silah arsenalı və müdafiə sistemləri gücləndirilir. Bu addımlar Rusiyanın maraqlarına qarşı görünə bilər və Moskva preventiv tədbir görmək istəyir.

Ə.Mustafa vurğulayıb ki, Rusiya uzun müddətdir gedən müharibə dövründə cəmiyyətini savaşda aktiv iştirak etməyə cəlb edə bilməyib və hazırda əlavə təzyiq yaratmaqla vəziyyəti öz lehinə çevirməyə çalışır. Politoloq qeyd edib ki, bu, həm də münaqişəni böyütmək və qarışıqlıqdan çıxış yolu tapmaq cəhdidir.

O əlavə edib ki, Birləşmiş Ştatların dəstəyi mövzusu bəzi hallarda sual altında qalır və Avropa ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün öz resurslarından istifadə etməyə məcbur ola bilər. Türkiyə faktorunun da bu prosesdə hələ aktuallığını qoruduğunu vurğulayan Əli Mustafa, Avropanın müdaxilə gücünün Rusiyadan dəfələrlə üstün olduğunu bildirib.

Seçilən
2
news365.az

1Mənbələr