"Çelsi" hələ də "Milan"ın qapıçısı Mik Menyanla maraqlanır.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Robert Sançesin "Mançester Yunayted"lə matçdakı performansından razı qalmayıb. İspaniyalı qapıçı görüşün 5-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub.

Bu barədə "Daily Express" məlumat yayıb.

Menyanın "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, azad agent kimi "Çelsi"yə transfer ola bilər.