AZ

Bayram günlərində gərginlik RİSKİ: İsrail ordusu XƏBƏRDARLIQ ETDİ

İsrail ordusu bayram günlərində İordan çayının qərb sahilində eskalasiyaya hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail ordusu bayram günlərində İordan çayının qərb sahilində gərginliyin arta biləcəyi barədə xəbərdarlıq edib.

İsrail ordusunun Mərkəzi Komandanlığının komandanı general-mayor Blutun sözlərinə görə, vəziyyət bir sıra amillər, o cümlədən Fələstin dövlətini tanıyan Qərb ölkələrinin siyasi bəyanatları və İsrailin qarşılıqlı addımlar, o cümlədən ərazilərə nəzarəti ələ alması barədə müzakirələr aparması səbəbindən gərginləşə bilər.

O vurğulayıb ki, vəziyyəti “xüsusilə partlayıcı” edən müxtəlif amillərin – siyasi bəyannamələrin, dini bayramların və xaricdən koordinasiya edilən hücumların birləşməsidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
interpress.az

1Mənbələr