AZ

Bakıda avtobusların sayı 2300-ə çatdırılıb

Bakıda ictimai nəqliyyatda tələbi qarşılamaq üçün 2800 avtobusa tələb var.

APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, avtobusların sayı hazırda 2300 ədədə çatdırılıb. Bu il ərzində xəttə 200 yeni avtobus buraxılacaq.

Bununla belə Anar Rzayev əlavə edib ki, mövcud avtobus parkının böyük hissəsi köhnədir və xidmət bugünki reallığa uyğun deyil: “Onların istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir”.

Seçilən
3
5
apa.az

6Mənbələr