AZ

Petrosyan, Köçəryan və Sərkisyanın bəyanatı istehza ilə qarşılandı

Yazını böyüt
Yazını kiçilt

"Bu gün Ermənistan özünün "Müstəqilliyini" bayram edir. Bu sözü ona görə dırnaq arasında deyirəm ki, baş nazirləri Ermənistanın ancaq indi müstəqil olmaq şansı əldə etdiyini deyir".

Bunu hafta.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu baxımdan Paşinyandan əvvəl o ölkəyə rəhbərlik etmiş Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın yaydıqları bəyanatda müstəqilliklərinin 34-cü ildönümündən dəm vurmaları sadəcə istehza doğurur:

"Maraqlıdır, əgər onlar doğrudan da müstəqil dövlətə rəhbərlik edirdilərsə, onda Rusiya Dumasının keçmiş sədri Boris Qrızlov 2004-cü ilin dekabrında İrəvanda rəsmi səfərdə olarkən Ermənistanı "forpost" adlandıranda niyə biri də səsini çıxarmadı? Niyə etiraz etmədilər ki, ölkələri forpost deyil, müstəqil dövlətdir. Serj Sərkisyan bugünkü təbrikində "qəhrəmanlıq tarixi səhv ola bilməz" deyəndə yəqin Qarabağın işğalını nəzərdə tutur. Ancaq o da, ondan əvvəl SSRİ DTK-sının agenti olmuş və Ermənistana rəhbərlik etmiş hər iki sələfi də yaxşı bilirlər ki, bu "qəhrəmanlığın" arxasında hansı ölkənin hərbçiləri, desant qüvvələri dururdu. Və bu işğal heç də sərkisyanların arzularını təmin etmək üçün yox, Ermənistanı boyunduruq altında saxlamaq, forpostluğunu əbədiləşdirmək məqsədilə reallaşdırılmışdı. Serjik öz təbrikində "qan su ola bilməz" ifadəsi də işlədir və bilmirəm bununla nə demək istəyir. Ancaq o anlamalıdr ki, yandaşlarıyla birgə tökdüyü qanları, o sıradan Xocalıda etdiyi vəhşiliyi biz unutmamışıq, unutmayacağıq. Bunun bədəlini kim ödəməlidirsə, ödəyir və ödəyəcək".

Seçilən
65
hafta.az

1Mənbələr