AZ

Manilada baş verən iğtişaşlar zamanı 95 polis xəsarət alıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Filippinin paytaxtı Manilada baş verən iğtişaşlar zamanı xəsarət alan polis əməkdaşlarının sayı 95 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, “ABS-CBN News” telekanalı bu barədə yerli polisə istinadla məlumat yayıb.

Məlumata görə, bazar günü Manilada keçirilən etiraz aksiyası zamanı bəzi nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.

Şəhərin hakimiyyət orqanları iğtişaşlar zamanı 216 nəfərin saxlanıldığını, onlardan 89-nun yetkinlik yaşına çatmayan şəxslər olduğunu bildirib.

Qeyd edək ki, “Trilyon peso yürüşü” adlı etiraz aksiyası vətəndaş cəmiyyəti fəalları tərəfindən təşkil olunub. Aksiya ölkədə daşqınlarla mübarizə fondundan vəsaitlərin mənimsənilməsi faktlarının üzə çıxmasından sonra keçirilib. Manila şəhər rəhbərliyinin məlumatına əsasən, yürüşdə təxminən 49 min nəfər iştirak edib.

Seçilən
6
1
azertag.az

2Mənbələr